Piyadanı vuran “Hyundai” 3 maşına çırpıldı -FOTO  -VİDEO
26 iyul 2022 04:14 (UTC +04:00)

Piyadanı vuran “Hyundai” 3 maşına çırpıldı -FOTO -VİDEO

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

Salatın Əsgərova küçəsində yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı maşının sürücüsü yol nişanına məhəl qoymadan yol ayrıcından sürətlə keçərkən Nail Seyidovun idarəetməsində olan “Changan” markalı avtomobilə çırpılıb. Daha sonra sonra “Hyundai” yol kənarında dayanan piyadanı vurub. İdarəetmədən çıxan maşın hərəkətsiz dayanan “Toyota Prius” markalı maşına çırpıldıqdan sonra “Hyundai” yol kənarındakı daha bir “Toyota” markalı maşına çırpıldıqdan sonra dayanıb.

Bundan sonra hadisə şahidləri piyadanı və ağır xəsarət alan “Hyundai”ın sürücüsünü 1 nömrəli xəstəxanaya çatdırıb.

Qəzanın baş verdiyi ərazidə yaşayan sakinlər bildirib ki, sözügedən ərazidə hər gün yol qəzaları qeydə alınır. Ərazidə yaşayan Nuşirəvan Sadıqov deyir ki, buna səbəb görünməyən olan yol nişanlarıdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.  Sürücülərin izahatı alınıb. Avtotexniki ekspertiza təyin edilib.
 

# 2790
avatar

Oxşar yazılar