Ovçular sərnişin təyyarəsinə  atəş açdılar
13 noyabr 2022 15:25 (UTC +04:00)

Ovçular sərnişin təyyarəsinə atəş açdılar

Livanda güllə İordaniyadan Beyruta gələn sərnişin təyyarəsinə dəyib.

Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Livanın “Middle East Airlines” aviaşirkətinin idarə heyətinin sədri Məhəmməd əl-Xut açıqlama yayıb.

Onun sözlərinə görə, layner Livanın paytaxtı Rafik Həriri Beynəlxalq Hava Limanına enən zaman güllə gövdənin yuxarı hissəsində deşik açıb.

O qeyd edib ki, yerli sakinlərin ovla məşğul olduğu şəhər kənarındakı aeroport ərazisinə yaxınlığı nəzərə alaraq belə hadisələr mütəmadi olaraq baş verir. Əl-Hutun sözlərinə görə, hava limanında park edilmiş yeddi-səkkiz təyyarə hər il eyni şəkildə zədələnir. "Lakin güllənin eniş edən təyyarəyə dəydiyi ilk hadisədir”.

Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.
 
 

# 2238
avatar

Oxşar yazılar