Ordumuzun əsgəri vəfat etdi - FOTO
27 may 2022 21:35 (UTC +04:00)

Ordumuzun əsgəri vəfat etdi - FOTO

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Lent.az xəbər verir ki, Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

# 4311
avatar

Oxşar yazılar