Oğuzda 2 maşın toqquşdu: Sürücülərdən biri öldü
10 sentyabr 2022 13:48 (UTC +04:00)

Oğuzda 2 maşın toqquşdu: Sürücülərdən biri öldü

Oğuzda iki minik avtomobili toqquşub, sürücülərdən biri hadisə yerində ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun Bucaq kəndi ərazisində baş verib.

99 UB 305 nömrəli “Ford Tranzit” markalı avtomobillə 09 BP 419 nömrəli “2107” markalı avtomobil toqquşub.

Hadisə zamanı “2107”nin sürücüsü 1986-cı il təvəllüdlü Xocalı rayon sakini Quliyev Rəhim Cəlal oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1728
avatar

Oxşar yazılar