Nəzarətsiz ərazidə çimən şəxs DƏNİZDƏ BATDI
20 iyun 2022 22:34 (UTC +04:00)

Nəzarətsiz ərazidə çimən şəxs DƏNİZDƏ BATDI

Novxanıda dənizdə şəxsiyyəti müəyyən olunmayan bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 1749
avatar

Oxşar yazılar