Naxçıvan avtobusundan tapılan narkotiklər
25 yanvar 2023 12:30 (UTC +04:00)

Naxçıvan avtobusundan tapılan narkotiklər

Naxçıvandan gələn avtobusdan görün nələr tapıldı? - FOTO

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantaya baxış keçirilib. Bu zaman çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2060 qram olan psixotrop maddə - metamfetamin və 4328 qram narkotik vasitə - heroin aşkarlanıb.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib, həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb və idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman  avtomobildən xalis çəkiləri 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 1947
avatar

Oxşar yazılar