Naxçıvanda restoranlara at əti satanlar tutuldu - FOTO
28 yanvar 2023 17:20 (UTC +04:00)

Naxçıvanda restoranlara at əti satanlar tutuldu - FOTO

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara tədarük etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb olunublar. Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.

Faktla bağlı Babək rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

# 3021
avatar

Oxşar yazılar