Naxçıvana hərbi prokuror təyin edildi
15 may 2023 15:40 (UTC +04:00)

Naxçıvana hərbi prokuror təyin edildi

Naxçıvana hərbi prokuror təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Aqil Axundova Naxçıvan hərbi prokurorunun vəzifəsinin icrası həvalə olunub.

Məlumatı Lent.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiqləyiblər.

# 1386
avatar

Oxşar yazılar