Narkotikin təsirində olan sürücü saxlanıldı, qadın sərnişini isə..
14 iyul 2022 14:03 (UTC +04:00)

Narkotikin təsirində olan sürücü saxlanıldı, qadın sərnişini isə..

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs və üzərilərindən narkotik maddə aşkarlanan sərnişinlər saxlanılıb.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilir ki, paytaxt istiqamətində hərəkətdə olan “DACİA” markalı avtomobilin sürücüsü Ramin Xəlilov nəzarət qaydasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının VII Taqımının əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xəlilovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin nəqliyyat vasitəsində sərnişin qismində olan Lalə Mirqasımovanın üzərirndən ümumi çəkisi 10,366 qram olan heroin, 11,319 qram metamfetamin, C.Hüseynzadənin üzərindən isə ümumi çəkisi 7,62 qram olan qurudulmuş marixuana aşkar edilib.

R.Xəlilovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, C.Hüseynzadə və L.Mirqasımova isə aidiyyəti üzrə Hacıqabul rayon Polis Şöbəsinə təhvil verilb.

# 1494
avatar

Mehman Nəbiyev

Oxşar yazılar