Narkotik qəbul edib maşın sürən sürücü  SAXLANILDI
20 iyul 2022 14:14 (UTC +04:00)

Narkotik qəbul edib maşın sürən sürücü SAXLANILDI

Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 19-da saat 6 radələrində rayonun Nəvahi qəsəbəsi ərazisində yerləşən BDYPİ-nin Yol Patrul Xidməti Alayının daimi postunda “KİA” markalı avtomobil saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Ağcabədi rayon sakini Yusif Nəsibovun narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Avtomobilə baxış zamanı isə oradan 380 qram çəkidə marixuana aşkar edilib. Y.Nəsibov və sərnişini Kamil Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.

# 1839
avatar

Aytəkin Cəlali

Oxşar yazılar