Moped sürücüsü qəza törədib: ÖLƏN VAR
13 mart 2023 10:03 (UTC +04:00)

Moped sürücüsü qəza törədib: ÖLƏN VAR

Bakıda yol qəzası olub. 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Salyan şossesində qeydə alınıb.

Belə ki, Məzahir Nofəl oğlu Ələsgərov kuryer kimi işlədiyi moped ilə həmin küçədə yerləşən “Golden Goast” hotelinin yaxınlığında parklanmış vəziyyətdə olan avtomobilə dəyib. 

Hadisə nəticəsində Məzahir Ələsgərov xəstəxanaya yerləşdirilsə də həyatını itirib. 

Faktla bağlı Səbail RPİ-nin İŞ-də cinayət işi başlanılıb.

# 1647
avatar

Fidan İlqar

Oxşar yazılar