Məşhur "Macəra" klub məhkəməyə verildi
14 iyul 2022 16:08 (UTC +04:00)

Məşhur "Macəra" klub məhkəməyə verildi

Qubada yerləşən məşhur “Macəra” İstirahət Mərkəzi cərimələnib.

Lent.az xəbər verir ki, istirahət mərkəzinin kənd təsərrüfatına yararlı torpaqlardan təyinatsız istifadə edilməsi ortaya çıxıb. Buna görə, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlə istifadə edilməsi) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər beş min manat  məbləğində cərimə edilir.

# 1770
avatar

Mehman Nəbiyev

Oxşar yazılar