Maşın vuran kişi 66 gün sonra öldü
04 yanvar 2023 11:32 (UTC +04:00)

Maşın vuran kişi 66 gün sonra öldü

Abşeronda avtomobil vuran piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə oktyabrın 29-da Hökməli-Qobu yolundabaş verib. Talıbov Mirsalam Kamil oğlu idarə etdiyi "Chevrolet Nexia" markalı avtomobillə piyada 1988-ci il təvəllüdlü İlyasovİlyas Nəriman oğlunu vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Lakin o, 2023-cü il yanvarın 3-də burada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və istismar qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi məcəllənin 263.2-ci (Yol hərəkəti və istismar qaydalarını pozmaehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Araşdırma aparılır.

# 1686
avatar

Mehman Nəbiyev

Oxşar yazılar