Masallıda  narkotik alverçilərinə   qarşı ƏMƏLİYYAT: 12 nəfər tutuldu
09 mart 2023 19:51 (UTC +04:00)

Masallıda narkotik alverçilərinə qarşı ƏMƏLİYYAT: 12 nəfər tutuldu

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə görə 12 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Masallı rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

# 2046
avatar

Mehman Nəbiyev

Oxşar yazılar