“Man” və “Chevrolet” toqquşdu, 2 NƏFƏR...  -FOTO
16 noyabr 2022 01:57 (UTC +04:00)

“Man” və “Chevrolet” toqquşdu, 2 NƏFƏR... -FOTO

Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Balaxanı qəsəbəsi ərazisində qeydə alınıb.

“Chevrolet” markalı minik avtomobili manevr qaydalarını pozduğu üçün Namiq Nəbiyevə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb. Zərbənin gücündən minik avtomobilinin sürücüsü Məmmədyarov Sultan və sərnişini Kənan Əliyev ağır bədən xəsarətləri alıb. Yaralılar 3 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, S.Məmmədyarovun vəziyyəti kritikdir. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı minik maşını deformasiyaya uğrayıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

# 1764
avatar

Oxşar yazılar