Mağazadan 650 manatlıq elektron siqaret  oğurlandı
15 mart 2023 13:25 (UTC +04:00)

Mağazadan 650 manatlıq elektron siqaret oğurlandı

Gəncədə mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisindəki mağazaların birindən 650 manat dəyərində elektron siqaret oğurlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məcnuni saxlanılıb.

Araşdırma aparılır. 

# 1140
avatar

Oxşar yazılar