Lənkəranda mübahisə  QƏTLLƏ   nəticələndi
26 iyun 2022 20:47 (UTC +04:00)

Lənkəranda mübahisə QƏTLLƏ nəticələndi

Lənkəranda 32 yaşlı kişi bıçaqla qətlə yetirilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, qətl hadisəsi Liman şəhərində qeydə alınıb.

Şəhər sakini 1990-cı il təvəllüdlü Samir Böyükkişi oğlu Novruzov mübahisə etdiyi 1975-ci il təvəllüdlü Qulam Müzəffər oğlu Səlimov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Q.Səlimov qətli törətdiyini könüllü olaraq etiraf edib və polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

# 1575
avatar

Oxşar yazılar