Lənkəranda ikimərtəbəli ev yandı
22 aprel 2022 10:04 (UTC +04:00)

Lənkəranda ikimərtəbəli ev yandı

Lənkəranda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndində qeydə alınıb. Ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1728
avatar

Mehman Nəbiyev

Oxşar yazılar