Lənkəranda avtomobil dirəyə çırpıldı: ölənlər var  - FOTO
08 avqust 2022 19:09 (UTC +04:00)

Lənkəranda avtomobil dirəyə çırpıldı: ölənlər var - FOTO

Lənkəranda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Astara yolunun rayonun Vel kəndindən keçən hissəsində baş verib.

“VAZ 2107” markalı avtomobilin idarəetməndən çıxaraq yol kənarındakı daş hasara çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili yardımla Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisini xilas etmək mümkün olmayıb.

Qəzaya düşənlərin Lənkəran rayonu Səpnəkəran kənd sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

# 3165
avatar

Oxşar yazılar