Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:  17 nəfər xəstəxanaya yerləşdirildi-YENİLƏNİB
20 iyul 2025 07:14 (UTC +04:00)

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 17 nəfər xəstəxanaya yerləşdirildi-YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Lent.az xəbər verir ki, sözügedən mərkəzdə qida qəbul edən daha 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlar Ülviyyə Hətəm qızı Məhərrəmova, Güllü Xəyyam qızı Məhərrəmova, Aydın Xəyyam oğlu Məhərrəmli, Zöhrə Mədət qızı Məhərrəmli və Sənan Cavanşir oğlu Məhərrəmovdur.

Zərərçəkənlərin vəziyyətləri orta ağır qiymətləndirilir. Qeyd edək ki, bu zərərcəkənlər eyni istirahət mərkəzində olsalar da digər məclisdə iştirak ediblər.


***
05:37


Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda keçirilən məclisdən sonra baş verib.

10-dan çox şəxs zəhərlənmə diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların şəxsiyyətləri müəyyən edilib:

- Ümüd İlkin oğlu Səlimli

- Firuzə Şaxtalı qızı Şirəliyeva

- Aydan Məmməd qızı Şirəliyeva

- Könül İlqar qızı Məmmədova

- Səadət Mehrab qızı Orucova

- Mübariz Ənnağı oğlu Şəmiyev

- Samirə Qara qızı Şəmiyeva

- Ramil Möhkəm oğlu Məmmədov

- Ümid Mübariz oğlu Şəmiyev

- Xatun Mübariz qızı Şəmiyeva

- Qurban Nizami oğlu Əsgərli

- Sultanlı Sehrayə İntiqam qızı

Hadisə yerinə aidiyyəti orqanların əməkdaşları cəlb olunub, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar