Knyazın rus idmançını döyməsinin səbəbi məlum oldu -YENİLƏNİB
03 may 2023 16:52 (UTC +04:00)

Knyazın rus idmançını döyməsinin səbəbi məlum oldu -YENİLƏNİB

Rusiyalı basketbolçu Aleksey Şvedin döyülmə səbəbləri barədə versiyalar məlum olub.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, istintaq belə düşünür ki, idmançının döyülməsinə səbəb onun çıxış etdiyi komandanın son oyunda uduzmasıdır. Belə ki, mərc oyunları ilə məşğul olan Knyaz və iki nəfər Şvedin çıxış etdiyi "Omik" klubunun qalib gəlməsinə pul yatırsa da, nəticədə komanda uduzub.

İkinci versiyaya görə isə davaya basketbolçunun arvadı səbəb olub. O, Knyazı milli mənsubiyyətinə görə təhqir edib. Bundan sonra isə ilk davaya Aleksey Şved başlayıb.

***

Saat: 14:39

Moskvada basketbol üzrə Rusiya yığmasının üzvü Aleksey Şved döyülüb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həyat yoldaşı ilə restoranlardan çıxarkən 3 sərxoş adamın hücumuna məruz qalıb. Basketbolçunun xüsusi təcili yardım maşınında xəstəxanaya çatdırılıblar. Onun ciddi zədələr aldığı bildirilir.

İlkin araşdırmalardan sonra Aleksey Şvedi döyənlər saxlanılıb. Məlum olub ki, onlardan biri azərbaycanlı Knyaz.A.dır. 

# 2730
avatar

Arzu Qurbanlı

Oxşar yazılar