"KİA" 65 yaşlı kişini vurub öldürdü
11 noyabr 2022 11:00 (UTC +04:00)

"KİA" 65 yaşlı kişini vurub öldürdü

Tovuzda ölümlə nəticələnən yol qəzası olub.

Lent.azın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Tovuz rayonu Bozalqanlı kəndindən keçən hissəsində qeydə alınıb. 61 yaşlı Əliyev Fərhad Əsgər oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada 65 yaşlı Hüseynov Vəli Fətəli oğlunu vurub.

Nəticədə zərərçəkmiş yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

# 1581
avatar

Mehman Nəbiyev

Oxşar yazılar