Kənddən maşın oğurlayıb Bakıda sürəndə tutuldu
03 sentyabr 2022 18:10 (UTC +04:00)

Kənddən maşın oğurlayıb Bakıda sürəndə tutuldu

İmişli Rayon Polis Şöbəsinə avqustun 29-da Qaragüvəndikli kəndi ərazisindən Abşeron rayon sakini T.Rəsulova məxsus “KİA” markalı  avtomobilin qaçırılması barədə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini S.Fərzəliyev avtomobillə birgə Binəqədi rayonu ərazisində müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.

# 1485
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar