Kənddə iki maşın TOQQUŞDU:  Ölən var
21 noyabr 2022 12:39 (UTC +04:00)

Kənddə iki maşın TOQQUŞDU: Ölən var

Qusarda avtomobil qəzası baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Piral kəndində baş verib. 

Kənd sakini 28 yaşlı Tural Tərlan oğlu Hüseynov idarə etdiyi “Hyundai-Tucson” markalı avtomobillə 29 yaşlı Kamil Tofiq oğlu Ədilxanovun idarə etdiyi “Vaz 21070” markalı avtomobillə toqquşub. 

Nəticədə Kamil Ədilxanov hadisə yerindəcə ölüb, Tural Hüseynov isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 
 

# 1791
avatar

Fidan İlqar

Oxşar yazılar