Yardımlıda külli miqdarda narkotik maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yardımlı rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Köryədi kənd sakini Y.Ağayev saxlanılıb.
Ondan 10 kiloqram 180 qram marixuana, 4 kiloqram 885 qram heroin, 4 kiloqram 464 qram metamfetamin, 2 kiloqrama yaxın tiryək və 200 ədəd “Tramadol” həbi götürülüb.