Keçmiş polis zabiti  arvadını və oğlanlarını   GÜLLƏLƏDİ
30 yanvar 2023 14:21 (UTC +04:00)

Keçmiş polis zabiti arvadını və oğlanlarını GÜLLƏLƏDİ

Türkiyənin Eskişehir bölgəsində yaşayan 87 yaşlı keçmiş zabit ailəsini qətlə yetirib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, arvadını və oğullarını güllələyib.

Keçmiş zabit Mehmet Aslan öncə 84 yaşlı həyat yoldaşı Fadime Aslanı və oğlu Erol Aslanı güllələyib. Sonra digər oğlu Osman Aslanı ağır yaralayıb.

Mehmet Aslan rayon ərazisindəki avtobus dayanacağında saxlanılıb. Osman Aslan təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Mehmet Aslan hadisənin necə baş verdiyini etiraf edib: 

"Oğullarım 10 ildir ki, bizim boşanmağımızı istəyirlər. Həyat yoldaşım təklif etdi ki, birlikdə intihar edək. Sonra onu incitmədən öldürməyimi istədi. Arvadım qabyuyanda arxadan başından vurdum. Daha sonra bunun səbəbkarlarını, yəni iki oğlumu güllələdim”.

Qeyd edək ki, Mehmet Aslan barəsində cinayət işi açılıb.

# 2598
avatar

Arzu Qurbanlı

Oxşar yazılar