Keçmiş basketbolçu intihar etdi
23 sentyabr 2024 18:50 (UTC +04:00)

Keçmiş basketbolçu intihar etdi

Bosniya və Herseqovinanın Tuzla kantonunun Tojsici məhəlləsindəki evində cansız cəsədi tapılan Asım Parsın intihar etdiyi məlum olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Tuzla Kantonu Daxili İşlər Nazirliyinin Polis İdarəsindən verilən açıqlamada bildirilib: "Bu gün saat 10:40 radələrində Kalesija Polis İdarəsinə Asımın Tojsicidəki evində intihar etdiyi barədə məlumat daxil olub. Polis əməkdaşları Asımın özünü asaraq intihar etdiyini təsdiqləyiblər". 

İntiharın səbəbinin daha sonra müəyyən ediləcəyi bildirilib.

Milli forma ilə EuroBasket 2001 finalında çıxış edən Asım Pars Türkiyədə "Qalatasaray", "Tuborq", "Ülkərspor", "Tofaş", "Fənərbaxça", "Anadolu Efes", "Pınar Karşıyaka", "Türk Telekom", "Mersin" və "Erdemirspor"un da formalarını geyinib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362
avatar

Oxşar yazılar