Keçmiş arvadını   və qayınanasını GÜLLƏLƏDİ
13 mart 2023 18:39 (UTC +04:00)

Keçmiş arvadını və qayınanasını GÜLLƏLƏDİ

Türkiyədə orta yaşlı kişi keçmiş arvadını və qayınanasını güllələyib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İzmir şəhərində baş verib. 

Orta yaşlı kişi keçmiş arvadı və qayınanası ilə küçədə mübahisə edib. Mübahisə zamanı kişi silahla keçmiş həyat yoldaşını qarnından, qayınanasını isə başından vurub. Sonra isə kişi hadisə yerindən qaçıb.

Ağır yaralanan ana və qızı xəstəxanaya aparılıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
 

# 1902
avatar

Arzu Qurbanlı

Oxşar yazılar