“Jiquli” elektrik dirəyinə çırpıldı: 1 ÖLÜ, 1 YARALI
14 noyabr 2022 08:54 (UTC +04:00)

“Jiquli” elektrik dirəyinə çırpıldı: 1 ÖLÜ, 1 YARALI

Tovuzda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı 20 yaşlı Vüsal Rzayev hadisə yerində ölüb, 23 yaşll Kənan İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

# 1467
avatar

Oxşar yazılar