İt ovdan sonra  sahibini güllələdi
29 noyabr 2022 19:10 (UTC +04:00)

İt ovdan sonra sahibini güllələdi

Türkiyənin Samsun vilayətində ova gedən 32 yaşlı Özgür Qevrekoğlunu it vuraraq öldürüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müstəntiqlərin fikrincə, ovdan sonra itin sahibi dolu silahı avtomobilin baqajına qayarkən o, avtomobilə minərək pəncəsi ilə tətiyi sıxıb. Açılan atəş Qevrekoğlunun dərhal hadisə yerində ölməsinə səbəb olub.

Hadisədən bir müddət əvvəl Qövrekoğlu bir neçə itlə ovdan fotolar yayımlayıb.

Onun ölümünə hansı itin səbəb olduğu hələlik məlum deyil. Qeyd olunur ki, kişi ölümündən on gün əvvəl ata olub.

# 2007
avatar

Oxşar yazılar