İsraildə təyyarə yandı, ölənlər var
04 mart 2023 17:04 (UTC +04:00)

İsraildə təyyarə yandı, ölənlər var

İsraildə Negev səhrasında təyyarə qəzaya uğrayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qəza təyyarə saat səhər saatlarında 60-cı magistralda eniş etmək istəyərkən baş verib.

Yerusəlimin cənubunda yerləşən Beer Şeva şəhərinin xilasediciləri qəza yerinə yola düşüb.

O da bildirilir ki, yerə çırpıldıqdan sonra təyyarə yanıb, göyərtəsində olan kişi və qadın yerindəcə ölüb.

Artıq yanğın söndürülüb. Lakin xilasedicilərin sözlərinə görə, qəza zamanı yanacaq dağıldığı üçün yanğını söndürmək çətin olub.

Həmçinin qeyd olunur ki, qəzaya uğrayan təyyarə aşağı hündürlükdə uçan ultrayüngül sinifinə aiddir.

# 1689
avatar

Oxşar yazılar