İsmayıllıda 44 yaşlı kişi bıçaqlayan şəxs TUTULDU
11 sentyabr 2023 09:35 (UTC +04:00)

İsmayıllıda 44 yaşlı kişi bıçaqlayan şəxs TUTULDU

0

Sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramin  Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi  barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Sadayev Şakir Ağasəməd oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2053

Oxşar yazılar