İranın daha bir əməli İFŞA EDİLDİ:  Bakıya yüz minlərlə avro göndərilib
09 noyabr 2022 14:20 (UTC +04:00)

İranın daha bir əməli İFŞA EDİLDİ: Bakıya yüz minlərlə avro göndərilib

İran hökuməti Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro pul köçürüb/

Lent.az bu barədə "MOUZE" teleqram kanalına istinadən xəbər verir. Məlumata görə, İranın "Black Rewards" haker qrupu İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının İranın Azərbaycanda fəaliyyət göstərən əməliyyatçılarının hesablarına baş tutan pul köçürmələrinə dair daxili sənədini yayıb.

Bu, sözügedən qurumun rəsmi blankları ilə İran xarici işlər nazirinin maliyyə və inzibati məsələlər üzrə müavini Məhəmməd Fəthəliyə ünvanlanmış məktublardır.

Məktublarda İranın müxtəlif ölkələrdə fəaliyyət göstərən əməliyyatçılarının bank hesablarına yüz minlərlə avro məbləgin köçürülməsi xahiş olunur.

Xüsusilə, 2022-ci ilin yanvar-mart aylarında Bakıya 47.158 və 75.000 avro, Naxçıvana isə 15.083 və 30.000 avro vəsait köçürülüb.

Habelə 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb.

Eləcə də, həmin tarixdə Moskvaya 40.000 avronun köçürüldüyü qeyd olunur.

Pul köçürmələri İran Milli Bankı tərəfindən həyata keçirilib.

# 5745
avatar

Oxşar yazılar