İki qardaşı maşın vurdu
20 noyabr 2022 21:35 (UTC +04:00)

İki qardaşı maşın vurdu

Cəlilabadda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-nın Cənub bürosuna istinadən xəbər verir ki, hadisə Göytəpə qəsəbəsində qeydə alınıb.

Rayonun Kazımabad kənd sakinləri, 1990-cı il təvəllüdlü Orxan Tacəddin oğlu Kərimov və onun qardaşı, 2000-ci il təvəllüdlü Gündüz Tacəddin oğlu Kərimov yolu qarşı tərəfə keçmək istəyib.

Bu zaman onları avtomobil vurub.

Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Gündüz Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 2220
avatar

Oxşar yazılar