İki ölkədə daşqınlardan 130-dan çox  adam ölüb
04 may 2023 19:46 (UTC +04:00)

İki ölkədə daşqınlardan 130-dan çox adam ölüb

Ruanda və Uqandada leysan yağışlarından sonrakı daşqın və torpaq sürüşməsi nəticəsində azı 136 nəfər ölüb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, iki Afrika ölkəsində təbii fəlakət qurbanlarının sayını yerli hakimiyyət orqanları hesablayıb.

Bir neçə gündür davam edən leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Nəticədə təbii fəlakət Ruandada 129 nəfər, Uqandada isə 7 sakinin həyatına son qoyub. Bununla belə, müvafiq idarələr xilasetmə əməliyyatının davam etdiyini, qurbanların sayının arta biləcəyini bildiriblər.

"Mövcud məlumatlara görə, bu, son illərin ən qısa müddətdə ölkədə qeydə alınan təbii fəlakətlər nəticəsində ən yüksək ölüm sayı ola bilər", - Ruandanın səlahiyyətliləri bildirib.
 

# 1257
avatar

Oxşar yazılar