Hipermarketə hücum zamanı yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
04 mart 2023 20:36 (UTC +04:00)

Hipermarketə hücum zamanı yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.

Lent.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

Nurlan Əli

# 2370
avatar

Oxşar yazılar