Goranboyda evdən külli miqdarda oğurluq olub
26 yanvar 2023 12:36 (UTC +04:00)

Goranboyda evdən külli miqdarda oğurluq olub

Goranboyda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən 4200 manat pul, qızıl-zinət əşyaları oğurlanıb.

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini V.Zamanov saxlanılıb.

Araşdırma aparılır.

# 1449
avatar

Oxşar yazılar