Gənc qız itkin düşdü, görənlər xəbər versin - FOTO
07 yanvar 2023 11:36 (UTC +04:00)

Gənc qız itkin düşdü, görənlər xəbər versin - FOTO

İsmayıllıda gənc qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı rayon sakini, 21 yaşlı Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları isə sarıdır. Sonuncu dəfə evdən çıxarkən üzərində qara və sarı rənglərdə gödəkçə, qara şalvar və ağ idman ayaqqabısı olub.

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin İsmayıllı rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və 050-280-45-00, 055-466-06-72 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

# 1770
avatar

Oxşar yazılar