Əvəz Zeynallı həbsdə qaldı
21 sentyabr 2022 17:34 (UTC +04:00)

Əvəz Zeynallı həbsdə qaldı

“Xural TV”nin rəhbəri Əvəz Zeynallının həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün şikayətə baxılıb.

Lent.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində baş tutan prosesdə bununla bağlı qərar verilib. Qərara əsasən, Əvəz Zeynallının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması təmin olunmayıb.

Qeyd edək ki, Əvəz Zeynallı “Baku Stell Company”nin həbsdə olan direktoru Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda təqsirli bilinir. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

# 2055
avatar

Oxşar yazılar