Əvəz Hafizlini öldürənə HÖKM OXUNDU
29 iyul 2022 16:31 (UTC +04:00)

Əvəz Hafizlini öldürənə HÖKM OXUNDU

Bloger Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əmrulla Güləliyev 9 il 6 ay azadlıqdan məhrum olunub.

Prokuror Əmrulla Güləliyevə 10 il 6 ay həbs cəzası istəmişdi.

Qeyd edək ki, qətl hadisəsi bu il fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib.

# 2688
avatar

Oxşar yazılar

Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda kişi evində yanaraq öldü

Bakıda kişi evində yanaraq öldü

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36