Evdən 20 min manat oğurladı
12 noyabr 2022 15:33 (UTC +04:00)

Evdən 20 min manat oğurladı

Bakıda evdən külli miqdarda oğurluq olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Xətai rayonu ərazisindəki evlərin birindən 20.000 manat oğurlanıb.

Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

# 1398
avatar

Oxşar yazılar