Evdən 18 min manatlıq qızıl oğurlamışdı, üstündən daha nələr çıxdı? - FOTO
17 noyabr 2022 10:18 (UTC +04:00)

Evdən 18 min manatlıq qızıl oğurlamışdı, üstündən daha nələr çıxdı? - FOTO

Masallıda qonşusunun evindən 18000 manatlıq qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayonunun Bədəlan kəndində yerləşən evlərdən birindən 18 min manat dəyərində qızıl zinət əşyalarının və 40 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qonşusu Murad Əzizov olduğu müəyyən edilib.

Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb. Saxlanılan Anar Kərimov və onun narkotik vasitəni əldə etdiyi Renad Məmmədzadədən külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı araşdırma aparılır.

# 1677
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Metroda sərnişin qatar yoluna düşdü, yaralı var

Metroda sərnişin qatar yoluna düşdü, yaralı var

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11