Ermənilər Kəlbəcəri atəşə tutdu
29 iyun 2022 09:02 (UTC +04:00)

Ermənilər Kəlbəcəri atəşə tutdu

Ermənilər ötən gecə atəşkəsi pozublar.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Dövlət sərhədində vəziyyətin  gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

# 2118
avatar

Oxşar yazılar