Dünya çempionu  Vidadi Mərdanov GÜLLƏLƏNDİ
21 fevral 2023 11:50 (UTC +04:00)

Dünya çempionu Vidadi Mərdanov GÜLLƏLƏNDİ

Dərbənddə NFC qrappling və MMA liqasının prezidenti Vidadi Mərdanov güllələnib.

Lent.az-ın Rusiya KİV-nə istinadla məlumatına görə, zərərçəkmiş bu gün səhər saatlarında naməlum şəxslərlə danışmaq üçün Qaqarin küçəsindəki evdən çıxıb.

Hücum edənlər dünya çempionunu güllələyiblər.

İndi polis 27 və 23 yaşlı iki kişini axtarır. Onların “Lada Priora” ilə hadisə yerindən uzaqlaşdıqları qeyd olunur.

# 3927
avatar

Oxşar yazılar