DİQQƏT!  - Bakıda hazırda bu yollarda tıxac var
17 iyun 2022 19:12 (UTC +04:00)

DİQQƏT! - Bakıda hazırda bu yollarda tıxac var

Hazırda paytaxtın Mikayıl Useynov prospektində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Bildirilib ki, agentliyin Vahid Dispetçer Xidmətinin məlumatına əsasən bu dəqiqlərdə qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 20-ə yaxın avtobus M.Usyenov prospekti boyunca 20-30 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bu səbəbdən də Neftçilər prospekti, metronun “İçəri şəhər” və “28 May” stansiyaları istiqamətlərində dayanacaqlarda sərnişin sıxlığı yaranıb.

Qeyd olunub ki, Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən isə 1, 2, 13, M8, və 38 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur. Qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 15-ə yaxın avtobus Heydər Əliyev prospekti boyunca 20-30 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bu səbəbdən də, Mehdi Mehdizadə və Ağa Neymətulla küçələrində metronun “N.Nərimanov” və “28 May” stansiyaları istiqamətlərində dayanacaqlarda sərnişin sıxlığı yaranıb.

# 1317
avatar

Oxşar yazılar