"Cip" 58 yaşlı velosipedçini vurub öldürdü
15 iyul 2022 19:45 (UTC +04:00)

"Cip" 58 yaşlı velosipedçini vurub öldürdü

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlax rayonunun Nemətabad kəndindən keçən hissəsində baş verib. Bakı şəhəri istiqamətində hərəkətdə olan 47 yaşlı Cəlilov Adil Vaqif oğlu idarə etdiyi "Nissan Pathfinder" markalı avtomobillə velosipedçi 58 yaşlı Qasımov Paşa Həsən oğlunu vurub. Nəticədə velosiped sürən aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

# 1368
avatar

Mehman Nəbiyev

Oxşar yazılar