Cəlilabadda qadın itkin düşüb.
Daxili İşlər Nazirliyi mətbuatxidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 33 yaşlı Heydərova Leyla Hikmət qızı noyabrın 24-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Leyla Heydərovanın boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.
Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.