“BMW” ilə “Mercedes” toqquşdu - FOTO
27 may 2022 20:59 (UTC +04:00)

“BMW” ilə “Mercedes” toqquşdu - FOTO

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “BMW” ilə “Mercedes” markalı minik maşınları toqquşub.

Qəza zamanı sürücülərindən biri 1988-ci il təvəllüdlü Neymət Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
 

# 1962
avatar

Oxşar yazılar