Binqədidə QƏTL:  Gənc oğlan   atalığını  ÜRƏYİNDƏN vurdu
09 may 2023 00:29 (UTC +04:00)

Binqədidə QƏTL: Gənc oğlan atalığını ÜRƏYİNDƏN vurdu

Mayın 8-i saat 23 radələrində paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində ürək nahiyəsindən kəsici-dişici alətlə yetirilməyə xarakterik xəsarət olan kimi meyitinin aşkar edilməsi barədə məlumat daxil olub. 

Binəqədi rayon prokurorluğunundan Lent.az-a bildirilib ki, Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 21 yaşlı  Elgün Abbasovun aralarında yaranmış mübahisə zamanı bıçaqla 45 yaşlı Rahib Mehdiyevə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. 

Hazırda istintaq davam edir.
 

# 2865
avatar

Oxşar yazılar