Biləsuvarda daşqın təhlükəsi aradan qalxdı -FOTO -VİDEO -YENİLƏNİB
31 may 2023 08:26 (UTC +04:00)

Biləsuvarda daşqın təhlükəsi aradan qalxdı -FOTO-VİDEO-YENİLƏNİB

Xəbərə video əlavə olunub.

*** 

07.47

Bolqarçayın İranla sərhəddə qismən daşması nəticəsində arıçılıq təsərrüfatlarına ziyan dəyib.
Bu barədə APA-nın Cənub bürosu xəbər verib.
 

***

07.02

Görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib. 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılır. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir.
Bu barədə APA-nın Cənub bürosuna FHN-in Muğan regional mərkəzinin xüsusi xilasetmə hissəsinin rəisi Fərabi Əmrahov bildirib.

***

06.35

Biləsuvarda sel təhlükəsi ilə bağlı Muğankənd və Amankənd sakinləri də təxliyə olunub. 

APA-nın Cənub bürosu xəbər verir ki, əraziyə FHN-in Muğan regional mərkəzin əməkdaşları, eləcə də FHN Muğan və Lənkəran hərbi hissələrinin əsgərləri cəlb olunub. Kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb. Sel təhlükəsi aradan qalxana kimi qurum nümayəndələri ərazidə xidmət aparacaq.
 

*** 

05.50

Cəlilabad-Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub.
Bu barədə APA-nın Cənub bürosu xəbər verib.
 

***

05.08

İranla sərhəddə Bolqarçaya sel gəlməsi ilə bağlı həyəcan siqnalı verilib. APA xəbər verir ki, Biləsuvar və Cəlilabad rayonlarında ağır texnikalar hazır vəziyyətə gətirilib.

***

04.45

Biləsuvara sel gəlib. Bir kəndin sakinlərini köçürüblər.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Çay ətrafında olan kəndlər üçün təhlükə yaranıb. Yuxarı Ağalı kəndini əhalisi təxliyə olunub.


 

# 8691
avatar

Oxşar yazılar